Mənim şeirlərim

Mənim şeirlərim
Müəllif: Məhməd Emin Yurdaqul
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

— Sən qəlbsizsən, hanı sənin gəncliyinin həyatı?
— Eşqlərimmi? Bir nəfəslə sola bilən bu şeylər
Bir yanardağ atəşiylə kömür kimi qaraldı.
İndi isə yerlərində bir sitəmli yel əsər
Əvət, mənim hər şerimdə ilan dişli tikan var
Sizlər gedin, bal verəcək yeni açmış gül bulun.
Bəlkə mənim acı səsim qılaqları dırmalar
Sizlər gedin, gənc qızlann türküsüylə şən olun.
Yann sizlər, onlar ilə qorularda əl ələ
Gəzin, gülün, yalnız kəndi ruhunuzu oxşayın.
Zavallı mən, əlimdəki bu üç telli saz ilə
Millətimin fəlakətli həyatını söyləyim
Dərdlilərin göz yaşını çöhrəm ilə siləyim.