Mənim (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 170-171

Əvvəl, fikrim bir Xudadan
Zikr eylər pünhan mənim;
Bişərkdi, həm müqərrər,
Odu biməkan mənim;
Dürr mənim, gövhər mənim,
Mayeyi-iman mənim;
Əhəd mənim, Əhməd mənim
Külli-insü can mənim;
Ərşü kürsü lohü qələm,
Gərdişi-asman mənim.

Altı, səkkiz, doqquznan bir
Yetər on dörd yerinə;
Yeddi, səkkiz on ikiynən
On dolanar sərinə;
Beş dolanır yeddi ilən,
On gəlir üç yerinə;
Altı dördün müttəsili,
Gah salır çox dərinə;
On nəfərdə on iki dil,
On gəlir asan mənim.

Altı beşlə doqquz üçün
Bir nəfər rəhbər gəlir;
Beş mükəddər, bir mütəhhər
Zikrimə əzbər gəlir;
Üç beşilən dörd məqama
Min səkkiz yüz ər gəlir;
Bu işlərdən, Novrəs İman,
Ağlına sərsər gəlir;
Yeddi sərvər, beş qulamı,
Yeddi dərftərxan mənim.