Mənim (qoşma, Aşıq Ələsgər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mənim (qoşma, Aşıq Ələsgər) Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Bilmirəm ki, nə bəlalı qul oldum,
Əzəl qara gəldi iqbalım mənim.
Nə zaman ki, nəzərimə sataşır,
İtir ağlım, huşum, kamalım mənim.
Əsli-Kərəm kimi mən oda yandım,
Еşqə düşdüm, öz canımdan usandım,
Bimürvətin atəşinə qalandım,
Bir soruşan yoxdu əhvalım mənim.
Siyah zülfün dal gərdəndə hörəsən,
Əl uzadıb, qönçə gülün dərəsən.
İstəsən ki, Ələsgəri görəsən,
Göyçə mahalıdı mahalım mənim.