Mənim Xalidəm, uşaqlığımın ilk məhəbbəti
Mənim Xalidəm, uşaqlığımın ilk məhəbbəti (1996) Müəllif: RAUF CAVAD |
Gördüm uşaq ikən necə gözəl min qızı-nazı,
Fəqət sevdim Xalidəni, gül yanağı, bəyazı.
Anlamadı qafil düşüncəm, deməyə sevirəm,
Əqlim etmədi cəsarət, dərməyə gül məcazı.
Zaman gəldi gənc-cavan oldum, arzumu yaz gördüm,
Gərək idi o uşaqlıq utana, ruhu yazı!?
Həqiqəti söyləmədim, sevirəm heç demədim,
Qanmağa başlarkən çox gec idi, çəkmədim nazı!
Bəzən yadə salıb o qızıl gülü düşünürəm,
Hadisələri kaş geriyə çəkəm-qəm niyazı!
Dərk etmir olayları gənc həyat, nə sevmək-ölmək!
Kərəm Əslini öyrənir, qanır axan Arazı!
Yaradıb sevgini sevə-sevə cüt öyrənməyə,
Leyla tək -tənhadır, dəli lazım nəğməli sazı!
Məcnun hələ körpə uşaq, xam, qurur sevgi-xəyal,
Sevməyə həvəskar fəqət təcrübə olub azı!
Fərhad sinəsi dağlı qar, catmır Əli Xəyalə,
Şirini görməyə yarır dağı, nəfs ədəbazı!
Gördüm gözəlliyi qəlb dilə gəldi oldu heyran,
Xəyalə əks eylədi, düşdü sinəyə qəm-qazi!
Dedim gül necə gözəl, Yaradan gör necə gözəl!?
Demədim dillə, söylədi qəlbim, o gül narazı!
Mənim Xalidəm, uşaqlığımın ilk məhəbbəti,
Sevgimi dil demədi, gün görmədi qəm ayazı!
Əbədi deyil həyat, qazanaq, qırmayaq qəlbi,
Üfüqdə bulud görünər, göz almalı tarazı!
Rauf sevər yaxından uzağı, nitqi -nidanı!
Anlar Aşiqi tək Məşuqu, O eşq sehirbazı!