Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır
Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.129. |
Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır,
Pərişan türrələr dövründə sərgərdanlığm vardır.
Yaşım təxti-rəvandır, taci-zərrin şö’leyi-ahim,
Görün kim, dövləti-eşq ilə nə sultanlığm vardır?
Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım,
Xəyali-surəti-cananə xoş heyranlığm vardır.
Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə,
Həvayi-eşq ilə min səncə əşkəfşanlığm vardır.
Ləbin dövründə kim, insan olan can der ona mütləq
Əgər abi-həyat etsəm tələb, heyvanlığm vardır.
Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadən
Qamu danayə rövşəndir bu, kim, nadanlığm vardır.