Mənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır
Mənim kimi bir ləbi-xəndan üçün giryanlığım vardır Müəllif: Məhəmməd Füzuli |
Mənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır,
Pərişan türrələr dövründə sərgərdanlığım vardır.
Yaşım təxti-rəvandır, taci-zərrin şöleyi-ahim,
Görün kim, dövləti-eşq ilə nə sultanlığım vardır.
Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım,
Xəyali-surəti-cananə xoş heyranlığım vardır.
Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə,
Həvayi-eşq ilə min səncə əşkəfşanlığım vardır.
Ləbin dövründə kim insan olan can der ona mütləq,
Əgər abi-həyat etsəm tələb, heyranlığım vardır.
Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadən
Qamu danayə rövşəndir bu kim, nadanlığım vardır.