Mənzilim dərgahi-cananımda bolğay kaş ki
Mənzilim dərgahi-cananımda bolğay kaş ki Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.52-53. |
Mənzilim dərgahi-cananımda bolğay kaş ki,
Ya ona mənzil mənim canımda bolğay kaş ki.
Bu gecə can təndə mehmandur mən ilən, ey rəfiq,
Bu gecə cananım da mehmanda bolğay kaş ki.
Çeşmə gərdə su yığub mənzil tutar, ey əksi-tən,
Mənzili bu çeşmlər yanımda bolğay kaş ki.
Ayrılıq dağı bilə yandı könüldin idi can,
Yanmaqdadır bu könül yanımda bolğay kaş ki.
Kaş bolğaydı qulağidə fəğanım birlə ah,
Ya qulağı ahü əfğanımda bolğay kaş ki.
Kərəmruluq göstərib qalmışam birun,
Bu rəviş birəhm sultanımda bolğay kaş ki.
Sadiqi, əvvəl qədəm qoyma fəqir bu viranə,
Mənzilim dərgahi-cananımda bolğay kaş ki.