Mənzumə (Şeyx Mahmud əfəndi Almalı)
Mənzumə Müəllif: Şeyx Mahmud əfəndi Almalı |
Könül, yad eylə hər saət unutma yaru-ixvani
Məhəbbət yoluna daim fəda qıl baş ilə canı.
Mühibbin canı məhbubin xiyalı, fikri - zikridür,
Bulurmu ol kəsin canı, unuda canı cananı?
Məhəbbət, eşq - əzəldə vəsfü - ruh olmuş təxəllüfsüz,
Neçə ərvahi baqidür və baqihübbü – rövhani.
Bu zövqü olmayan aşiq əsiri-dini-dünyadır,
Nə bilsin zövqi-irfanı sevən dinilə dünyanı?
Mənəm bir nüqtəyi-hübbəm, cəfadövrani-dövründə,
Dolanmış dövrəmi dövran alıb əksimlə sövdanı.
Və ya Mahmudi məzmuməm məlamət səngisar eylə,
Əsəb hisnü-həsinnimdür bəlavü-qəm pərişanı.