Mərd sağ olsun
Mərd sağ olsun Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Fələyin qəhri az deyil,
Xeyri ya baxta baxtadı.
Nə bilirsən nə olacaq,
Xeyirnən şər qabaxdadı.
Kasıb könlü geniş olar,
Yolu yoxuş-eniş olar.
Dəmə də bir dönüş olar,
Tək çörəyi tabaxdadı.
Heydər deyər mərd sağ olsun,
Biri min bir budaq olsun.
Kefi yaxşı, üzü ağ olsun,
Onun gözü qabaxdadı.