Mərhəba, xoş gəldin ki, ey ruhi – rəvanım, mərhəba

Mərhəba, xoş gəldin ki, ey ruhi – rəvanım, mərhəba (1911)
Müəllif: Mirzə Bəylər
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Mərhəba, xoş gəldin ki, ey ruhi – rəvanım, mərhəba!
Mərhəba, xoş gəldin ki, ey cism iylə canım, mərhəba!

Sən bənim nuril-iyunum, sən mənə binta nuh nəbi,
Sən bənim Nuhum, nicatım, gəştibanım, mərhəba!

Sən könüldə dərdimə, hər sirrimə qəmxarsan,
Həmdəmim, razım, niyazım, həmzəbanım, mərhəba!

Qeyridən dərman bulunmaz yarama, sənsən təbib,
Zindəganım, həyyi-canım, cavidanım, mərhəba!

Bəxti-dövlət, ömri-səhhətlə, əfəndim, bin yaşa,
Qismət olsun xanədanım, xanimanım, mərhəba!

Mirzənin nazın çəkərsən bülbül ilə gül kimi,
Qamudan qabil tutarsan imtahanım, mərhəba!