Mərsiyə (Əhməd Cavad)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mərsiyə (Əhməd Cavad) (1912)
Müəllif: Əhməd Cavad
Abdulla Şurun xatirəsinə
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.


Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın.
Əfsus ki, fikrinə nail olmadın,
Ağla qardaş! Ağlamalı günündür!

Çıxarmayaq yaddan biz tez onları,
Həp vətənə qurban olmuş canları;
Tanrı qəbul etsin belə qurbanları!
Ağla, qardaş! Ağlamalı günündür!
Gəncə, 1912