Məsti-nazım, kim böyütdü böylə bipərva səni

Məsti-nazım, kim böyütdü böylə bipərva səni
Müəllif: Nədim
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Məsti-nazım, kim böyütdü böylə bipərva səni
Kim yetişdirdi bu günə sərvdən bala səni?

Buyidən xoş, rəngdən pakizədir nazik tənin,
Bəsləmiş qoynunda guya kim güli-rəna səni.

Güllü ziba geydin amma qorxuram azar edər,
Nazəninin sayei-kari-gülü ziba səni.

Bir əlində gül, bir əldə cam gəldin, saqiya!
Hankisin alam-gülü, yaxud ki, camı, ya səni?

Sandım olmuş çesdə bir fəvvareyi abi-həyat,
Boylə göstərdi mənə ol qəddi-müstəsna səni.

Saf ikən ayineyi əndamindən sinəm, diriğ!
Alamam bir kərrəcik ağuşa sər-taba səni.

Mən dedikcə “Boylə kim qıldı Nədimi natəvan?”
Göstərir ənguşt ilə məclisdəki mina səni...