Mәhәbbәt әhlinin әhvalı bәrqәrar olmaz
Mәhәbbәt әhlinin әhvalı bәrqәrar olmaz Müəllif: Molla Hüseyn Dəxil |
Mәhәbbәt әhlinin әhvalı bәrqәrar olmaz,
Mәhәbbәt olduğu yerdә hәyavü ar olmaz.
Mәhәbbәt әhli hәras eylәmәz mәlamәtdәn--
Ki, hәr nә fikrinә gәlsә, çıxar mәhәbbәtdәn.
Sәriri-mәsnәdә әylәşdi eşq sultanı,
Şikari-hökm ilә eylәr qulam mövlanı.
Mәhәbbәt aşiqә mәşuqi çün әziz eylәr,
Ananı oğluna bir kәmtәrin kәniz eylәr.
Çün ixtiyar ilә olmaz mәhәbbәtin sәbәbi,
Hәmişә aşiqә lazımdı sәdmeyi-qәlbi.
Mәhәbbәt olsa edәr tazә qaidә tәsis,
Mәhәbbәt ilә yetәr abruyә miqnatis.
Olur mәhәbbәt mәhbub ilә müqabil ola,
Xüsus o vaxta ki, mәhbub әsli-qabil ola.
Gәrәkdir alәmә mәhbub ola Әli Әkbәr,
Bu qabiliyyәtә şahiddi cәddi peyğәmbәr.
Tutub hәbibi-xudayә şәbahәtni güvah--
Ki, ol cәvanә deyilsin gәrәk hәbibüllah.