Maarifə dair
Müəllif: Məhəmməd Hadi
Mənbə: Məhəmməd Hadi. Maarifə dairazadliq.org saytı. Yayımlanıb: 20.03.2011.

Şükufәzari-әdәb nәfhәbәxşi-vicdandır,
Әdәb çiçәklәrinә gülstan--dәbistandır.

Tәqdir qılın, әhli-vәtәn, işbu mәqali,
Ta kim, olalım zivәri-övrәngi-tәali.

Baziçә zamanı deyil, әdvari-әdәbdir,
Dövri-mәdәniyyәtdir, edәk kәsbi-mәali.

Rüxsarәnüma dilbәri-dilpәrvәri-ürfan,
Afaqi tutub şәşәeyi-hüsnü cәmali.

Par-par yanıyor şәmsi-cahantabi-kәmalat,
Әxz eylәyәlim biz dәxi zәrrati-kәmali.

Hәr millәt edib elmlә ehrazi-mәratib,
Bu sayәdә tәhsil qılıb sәrvәtü mali.

Hәr qovm maariflә bilir kәndi hüququn,
Әlbәttә, hüquq әhli bulur cahü cәlali.

Zәnciri-әsarәtdә yaşar әhli-cәhalәt,
Mәhkumların gün kimi bәsbәlli zәvali.

Elm ilә dәrağuş olunur şahidi-nüsrәt,
Elm ilә zәfәrpәrvәr olub avropali.

Biz dә düzülәk silsileyi-әhli-ülumә--
Öyrәnmәk ilә elm, hünәr, fәnn, mәali.

Tәşkil edәlim «әncümәni-elmü maarif»,
Tәsis qılaq «Darfünün», «Mәktәbi-ali»!

Mәktәb nә demәk? Bәhri-füyuzati-mәani,
Mәktәb nә demәk? Mәdәni-almas, lәali.

Mәktәb nә demәk? Bir ülvi bürci-sәadәt,
Mәktәbdir edәn bәdri-ziyadar hilali.

Mәktәbdir olan mәsdәri-әsrari-tәrәqqi,
Mәktәbdir olan mәtlәi-әnvari-tәali.

Söylәr sizә Hadi: oxuyun, millәti-islam!
Xamәm dә bu yerdә ediyor xәtm mәqali.