Marş (Əhməd Cavad)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Marş (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad

Millətimin tarixinə,
Şan və şərəf əkməliyəm.
Şu qarşıda yad qanıyla
Bir al bayraq tikməliyəm.


Düşmənlərə göstərdim ki,
Mənim kimi əsgəri yox.
Mənim fateh Orxan-zatım,
Dünyanıñ heç yerində yox.


İsmarladım nişanlıma
Mən Turana gediyorum.
Qardaşımı qurtarmaya,
Türküstana gediyorum.


Şu bayrağa xain baxan,
Xain gözə bir tikanam.
Ölürəmsə, kölgəsində
Halal olsun ona qanım.


Şəhid olsam, dost elində,
Mənə məzar qazılmasıñ.
Qazanarsam əsir adı
Xaqanıma yazılmasıñ.