Mehman tapılmaz
Mehman tapılmaz Müəllif: Aşiqi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mehmandır insanlar dönya evində
Gedər bir güri burdan, mebman tapılmaz.
Bu dem qənimətdir, sürün dövram
Əmanetdir təndə bu can, tapılmaz.
Ağzm açmışbu qara yer qucmağa
Qayğısız yer deyil yeyib-içməyə
Yer yoxdur ecəldən pünhan qaçmağa
Bu əcələ çarə, dərman tapılmaz.
Bəndə olub qılan heyratin hanı?
Yaşlılar çəkərlər gənclik ah-vayı
Bir fesildir coşqunluğun zamanı
Müdam eyşi-şadi-xəndan tapılmaz.
Bir yola baş vur da uğran itirmə,
Olar olmaz sözü dilə gətirmə,
Aşiqi, qəm ilə ömrün ötürme,
Yirmi yaş fəsildə məstan tapılmaz.