Meydana gəl (Aşıq İqbal - Aşıq Alı)

Meydana gəl
Müəllif: Aşıq İqbal - Aşıq Alı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Aşıq Yığbal
Kəndinə aşığam deyən,
Aşıqsan, meydana gəl.
Namərd girməz meydanıma,
Mərd ol, mərdanə gəl.
İgid olan kəndisini,
Öyməyi layiq deyil,
Al əlinə çunqurunu,
Bu cəngi-dövrana gəl.

Aşıq Alı
Mən dəryayam, sən adasan,
Axır sən ümmana gəl.
Mən danışım, sən qulaq ver,
Mərifət qanana gəl.
Sən satansan, mən alanam,
Açginən dükanmı,
Malmı nadana satma,
Matahm alana gəl.
 
Aşıq Yığbal
Ey arif, paşam yanında,
Sənə söylərəm mədhi.
Mərifəti, təriqəti,
Anla, qan həqiqəti.
İsəvisən İncili sev,
Musəvisən Tövratı.
Məhəmmədin hümmətisən,
Boyun qoy, Qurana gəl.

Aşıq Alı
İsəviyəm, Musəviyəm,
Hər nəyəm öz yolumda.
Həqiqətdən xəbər verrəm,
Mərifət kamalında.
İndi paşa qulluğunda,
Sədrəzəm yanında,
Haqqınan divan kəssinlər,
Ədalət divana gəl.

Aşıq Yığbal
Mən Yığbala bir salam ver,
Soruşum halm görüm.
Həqiqət haqq aşığısan,
Söylə kamalm görüm.
İncil, Zəbur, Tövrat, Quran,
Göstər kitabm görüm.
Dostum, əgər bütpərəstsən,
Bu nari pirana gəl.

Aşıq Alı
Adımdı Aşıq Alı,
Fərzü sünnət qılıram,
“Əlif” Allahm adıdı,
“Tey” təbarək, qəni Allah,
Ona səcdə qılıram.
Xilqətim Adəm atadı,
Sən xaki-yeksana gəl.