Meydana girəndə

Meydana girəndə
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Nərə çəkib mən meydana girəndə,
Varmı meydanıma gələ pəhlivan?..
Tutub kəmərindən çalanda yerə
Mənim zərbi-dəstim bilə pəhlivan?..

Mənəm şiri-nər tək meydanda gəzən,
Xışım ilə düşmanın bağrını əzən,
TüIək tərlan kimi havada süzən,
Sonra yaxan keçər ələ, pəhlivan!..

Dəmirçioğlu, mən yarağa dolaram,
Ac qurd kimi düşman üstə ularam,
Qılınc çəksəm leş-leş üstə qalaram,
Döndərrəm al qanı selə pəhlivan!..