Meyvələr
Taapmacalar Meyvələr haqqında Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Tapmacalar. Bakı,2004 |
<poem>
- Ağ uzatdım,
Al toxudum, Qara sərdim. (Böyürtkən).
- Ağac başında al yanaqlı qız.
(Alma).
- Ağac başında bir torba un
(İydə).
- Ağac başında gözü çıpalaqlı qoca.
(Əzgil).
- Ağac başında qara yumaq.
(Qara əncir).
- Ağac başında qırmızı qız
(Zoğal).
- Ağac başında qırmızı yumaq.
(Alma).
- Ağac başında qımro bitər.
(Fındıq).
- Ağac başında darı quyusu,
Dağarcıqdı, sözün doğrusu. (Əncir).
- Ağac başında zığlı dağarcıq.
(Əzgil).
- Ağac başında sarı yemiş.
(Xurma).
- Ağac başında sarı yumaq,
Ustünə səpilib ağ sumaq. (Heyva).
- Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtıraq. (Şaftalı).
- Ağac başında unlu dağarcıq.
(İydə).
- Ağac başında hovuz.
Onu tapmayan donuz. (Əzgil).
- Ağzı bağlı bir təndirim var,
İçi bircə kündə tutar. (Fındıq).
- A mənim al yastığım,
İçinə un basdığım. (İydə).
- Al gəlir Ayistannan,
Gül gəlir Gülüstannan, Bir şamama tapmışam, Bir ilin bostanınnan. (Heyva).
- Aldım bir dənə,
Açdım min dənə. (Nar).
- Altı dəri, üstü dəri,
İçində bir ovuc darı. (Əncir).
- Altı taxta,
Üstü taxta, İçində yaşıl paxla. (Püstə).
<poem>