Millətə pəndi-pədərdir yükü məcmuəmizin
Millətə pəndi-pədərdir yükü məcmuəmizin Müəllif: Əliqulu Qəmküsar |
Satirik şeir Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Millətə pəndi-pədərdir yükü məcmuəmizin,
Əhli-mənayə yetər bir təkı məcmuəmizin.
Qübh edər bizləri gər Şişedə Nəwabi Miriş,
Bizo olmuşdu qabaqlarda müridi xoşkiş,
Xah ərbabi-ğina, xah gədavü dərviş,
Tapşırılsaydı əgəh ehline dünyada hər iş,
Sıxmayıb düşməni hər kəlmesi məcmuəmizin,
Başına dəyməz idi çərməki məcmuəmizin.
Xətteyı-Qafqaz ara hər nə ki var köhnəperəst,
Cib kəsib başda gezen, müftə yeyən, bənginməst,
S əf çəkıb cığ kimı durmuş hamı tiğı-bədəst,
Göstərirler bu yazıq Mollaya' bir zərb ilə şəst,
Büksəler gər içİnə təmbəki mecmuəmizin,
Haşalillah, doyişə məsleki məcmuəmizin.
Əhli-Qurane ədəb qamçısıdır məşrebimiz,
Dinləyen zatə birər moizədir mətləbimiz,
Xəsü xaşak olanı tapdayacaq merkebimiz,
Vursalar ombasına min zəki məcmuəmizin,
Haq bilir düşməyəcək bir tükü məcmuəmizin.
Ədəbə düşmen olub mollavü seyyid, nə ki var,
Aldadıb mİlləti her ləhzə bular tapdadılar,
İşbu din oğrulan ciblərinə doldurdular,
İfTətü şərmü həyanı üzümüzdən yudular,
İçsələr qanını yüz nəlbəki məcmuəmizin,
Xaini susduracaq bir təki məcmuəmİzin.
- “Molla Nəsrəddin", 29 yanvar 1914, N 3