Milli marş (Əhməd Cavad)

Milli marş
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.209


(Azərbaycan Xalq Cümhuriyyətinin himni)

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın
Şanlı Vətəni!
Səndən ötrü can verməyə,
Cümlə hazırız!
Səndən ötrü qan tökməyə
Cümlə qadiriz!
Üçrəngli bayrağınla
Məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu.
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan!
Sonə hər an can qurban!
Sənə bir çox məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən,
Azərbaycan, Azərbaycan!