Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsi
Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsi Müəllif: Mirzə Şəfi Vazeh |
Mənbə: "Mirzə Şəfi nəğmələri" (PDF) (az.). mirzeshefivazeh.org. 2014. 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-05. |
Vazeh:
Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə,
Musiyi-İnranə guya, Tur şəklin göstərir.
Naci:
Tigin almış dəstinə, ol çeşmi-cəlladın sənin,
Canə qəsd etmək dilər, məxmur şəklin göstərir.
Сismi-zarımdan çıxar hicrin əlindən nalələr,
Böylə bir təndir tənim, tənbur şəklin göstərir.
Xətti-rüxsarın edib tarac hüsnün mülkünü,
Bir xərabə şəhr içində mur şəklin göstərir.
Naseh:
Güz sirisgi mərduməknin nöqtəsin bərbad edib,
Aqibət bir gün olur kim, kur şəklin göstərir.
Tilbə könlüm tillər ilə asılıb, tildir səbəb,
Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərir.
Kəhrəba dik rəngi-zərdim sanmağay bihudə kim,
Dərdi-eşqə uğramış, rəncur şəklin göstərir.
Dinu dil nəqdini isar etsə Naseh, tang imas,
Bir mühəqqər töhfə ilə mur şəklin göstərir.