Mirzə Məriz
Mirzə Məriz Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Boğazıma bir neçə xəncər çək ki,
Sənin önündə aləmi tərk edim.
Deyirlər dünyada qiyamət olmaz,
Mən isə sənin hicrində neçə məhşər gördüm.
Dilbərlivin qanununu bilməyən dilbərlərin,
Dilbərliyindən dad çəkirəm.
Gər əlindən bir neçə badə içsəm,
Məstlikdən heç qiyamətədək ayılmaram.
Rəhmsizliklə belə aşiqləri incitmə,
Rəhm et, sən, belə qəmçəkənlərə.
Ey könül, şux gözlərə can verirsən,
Yoxsa kafirlərdən vəfa umursan?
Bədxasiyyət, o uşağın hiyləsinə bax ki,
Öz qəmi ilə neçə ölkələr viran edibdir.
Nə görüləsi əhvalım var, Nə eşidiləsi dərdim var.
Gecələr qəmindən yata bilmirəm,
Sənin eşqinlə qərar tutmaq olmur.
Mən yazığın dərdini soruşmayın,
Çünki bu dərd çəkiləsi dərd deyildir.
Qanadıma yüz daş belə vursalar,
Onun gülşənindən uçmayacağam.
Qəmdən canım boğaza yığışıb,
Mənim dərdimə əlac yoxdur.
Min cür həsrətdən ölüb qurtardım,
Sənin qəm zəhərin dadılası deyildir.