Mirzənin qəzəli
Mirzənin qəzəli Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Eşqindən divanə oldum, ey zülf, öz zəncirin vur,
Miskin aşiq üçün bundan başqa bir tədbir yoxdur.
Miskin aşiqin qətli üçün nə lazım xəncər çəkəsən,
Qaşlarına əmr et, onu qəmzə şəmşirilə vursun.
Nə məndə söz açmaq qabiliyyəti var, nə onda iltifat,
Məclisdə mən və məşuqə bir-birimizə şəkil kimi baxırıq.
Könül elə viran olub ki, bir də abad olmayacaq,
Bəlkə, ey canan, vüsalın bu viranəni bərpa edəcək?
Yarım bu gecə öz vüsalı ilə başıma kölgə salıbdır,
Mənim xatirimə, ey sübh, axirətədək açılma, səbr eylə.
Qantökən gözlərinə qurban, əcəb oxatan gözlərdir,
Mirzəyə hər dəm kirpiklərindən qara oxlar vurar.