Molla Abbas Cavanşir 2
Molla Abbas Cavanşir 2 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Gül deyil mətlubimiz gülşəndə çün tutduq vətən,
Bəlkə gül rüxsarımız yadilə yad etdik çəmən.
Sərv çün öz qamətin bənzətdi qəddi-yarıma,
Sərzənişlə başını pakub edir zağü zəğən.
Şöleyi-nari-tənim kim, yandırır hər kisvəti,
İstərəm cildi-səməndərdən tikəm bir pirəhən.
Kermi-pilə halını sordum qəmu əhvaldin,
Kim təni üzrə toxur öldükdən əqdəm bir kəfən.
Mən kimi bir guşədə qəm çəkməyə tab etməyib,
Qaçdı Məcnun kuhü səhrayə cəfayi-yardən.
Gər ümidi-vəsl ola mən bir səri-müjgan ilə,
Dəlləm ol dağı ki, fuladla dəlmiş kuhkən.
Şöleyi-ahım mənə rövşən qılır hər külbəni,
Hacətim yox şəm ilə rövşən qılam kaşanə mən.
Çün mənə qürbət vətəndir, izzətimdir bu vətən,
Hər zaman Abbasə olmuş əhli-qürbət həmsüxən.