Molla Abbas Cavanşir 4

Molla Abbas Cavanşir 4
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Dəvami-ləzzəti-candır ki, canandan cəfa görsün,

Nə vəslilə bulub arami-eşqə intəha görsün.


Çəkibdir nəqşi-Çin mişki-Xəta ilə rüxə zülfü,

Gözüm baxsın nigara gər dilər Çinü Xəta görsün.


Könül çox çə’di-zülfündə baxır hər həlqədən ruyə.

Bəli, məhbus olan istər deşiklərdən ziya görsün.


Deyil qadir gözə bir gəncnəzər xurşid rüxsarın,

Nə yara, dideyi-xəffaşə kim, şəmsi-züha görsün.


Özün möhkəm qılır dil hər səhərgəh piçi-zülfündə,

Məbada kim, pərişanlıq səba zülfə rəva görsün.


Gözüm mərdümləri dəryayi-əşkim içrə qərq olmaz,

Nə qəm, insani-bəhrilər ki, yüz mövcü bəla görsün.


Şüruti eşqdəndir cövrə, ey Abbas, səbr etmək,

Kim, etmiş eşq şərtin yardən aşiq vəfa görsün.