Molla Abbas Cavanşir 5
Molla Abbas Cavanşir 5 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Nuşdarudur dövran, cami-möhnətdir məgər?
Saqiya, qəm badəsi üşşaqə qismətdir məgər?
Xabi-rahət eşqdə bidarlıqdır sübhədək,
Rahəti-əhli-cəfa, bu xabi-qəflətdir məgər?
Qəm gələndə könlümün viranına nifrət qılır,
Bu anisim mənzili çox təngü zülmətdir məgər?
Mürği-vəhşidən mənim başımda var cəmiyyətim,
Hakimi-mülki-cünun biizzü həşmətdir məgər?
Nəbzimi tutduqda dərmanımda acizdir təbib.
Bu mərəz kim məndə vardır, ziddi-hikmətdir məgər?
Dil şəfasiyçün dilər daim ləbin cüllabım,
Müzmin olmuş dərdinin dərmanı şərbətdir məgər?
Ol səfayi-gərdəni-minayə düşdü gözlərim,
Sə’y edib, can qılmışam, qurban mürüvvətdir məgər?
Özgə Abbasdan səva ruyinə sanma ağlayır,
Gün görən gözdən axan yaş əşki-həsrətdir məgər?
Mərhum cənab Axund Molla Abbasın qəzəlləri tamam oldu.
Hicri 1309- cu ilin cəmadiyəl-əwəl ayının 3-də (5 dekabr, 1891).