Molla Abbas Cavanşirin qəzəli

Molla Abbas Cavanşirin qəzəli
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Tərfı-rüxsarə nə xoş zülfı-xəmin pirayə,

Guyiya, əbri-siyəh halə urubdur ayə.


Çıxma gün qarşısına, ruyinə düşdükdə günəş,

Üzünə zəxm urar zülf salanda sayə.


Səndə bu qədər həlavət ki, sərapa görünür,

Səni, guya, əmizib şirü şəkərdən dayə.


Gər biləydim bu qədər hicr cəfasın çəkirəm,

Mən ədəm içrə bəsi sabiq idim ənqayə.


Gər vəfa görsə idi əhli-zamandan Məcnun,

Mürğü vəhşilər ilə düşməz idi səhrayə.


Görməmiş qeyri-cəfavü sitəmi-qürbətü qəm,

Bilməzəm kim, neçün Abbas gəlib dünyayə.