Muştulanuz aşiqlərə bu eşq ulu dövlət olur

Muştulanuz aşiqlərə bu eşq ulu dövlət olur
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Muştulanuz aşiqlərə bu eşq ulu dövlət olur,
Eşq kimə kim dəgdiyisə canında, bil, işrət olur.

Hər sevdügi tərkin ura, qayıqmaya dəgmə yana,
Hər dəm anım seyrəngahı, həm zatü həm sifat olur.

Seyri içində çapukbaz, fikri daim nazü niyaz,
Çün səadət oldt həmraz, həzaran münacat olur.

Müşahidə qapar anı, hem biqərar olur canı,
Hər dəm dəvrsizdür me’ni, bu dərd ilə rahat olur.

Ol binişandur cəhandan, nə deyəlüm, dilümüz andan,
Ol alimi-dəyyan zat, hər zat içində zat olur,

Büxlü təmə’ sığmaz ana, izzətdə qaldı bir yana,
Yol bulımaz hirsü həva, kimdə ki bu dövlət olur.

Ol işlərə əli irən, Həqq eşqinə könül verən,
Dostını gözə göz görən cümlə varlıqdan mat olur.

Kimə endiysə ol nüzul, ana gelür cümlə üsul,
Təziyətə varur isə ol ölüyə rəhmət olur.

Yunus ərdür nihayətsüz, eşq andan dəxi ğayətsüz,
Ne ğayət var, nə nihayət, qamusı bir heyrət olur.