Muəttər qıldı eşq əhlin dəhanın nəfyu isbatı
Muəttər qıldı eşq əhlin dəhanın nəfyu isbatı Müəllif: Abdulla Canıoğlu |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Muəttər qıldı eşq əhlin dəhanın nəfyu isbatı,
Yəqin oldu mənə kim, var-yoxdandır onun zatı.
Nə şirindir dəhanın sohbəti, ləli-ləbin hərfi,
Ki, təlx olmuş ləbi-ləlindən ayrımlar ovqatı.
Cəhan zulmət sarayın rovşən etməzdi, əgər yuz gəz,
Yuzundən kəsbi-ənvar etməsəydi şəms miratı.
Dağıtdı əğdi-zulfun dovri-ruyindən səba, guya,
Tului-subgahı nurdan fərq eldi zulmatı.
Gozun gordum, xətadan olmadım xali, musəlmanlar,
Xuda kuffarə mərcu etməsin həm beylə afatı.
Məqaləti-ləbin babində natiq İsavu Məryəra,
Xətu xalu ruxun haqqında nazil mushəf ayatı.
Ləbi-ləlin sevənlar etmədi kovsər təmənnasın,
Səri-kuyin gorənlər şovqdən tərk etdi cənnatı.
Nə mumkun kakilundən omri-kutahilə kam almaq,
Konul, başdan cıxar, tul etmə bu batil xəyalatı.
Dəhanın zulməti-punhanə cəkdi abi-heyvanı,
Quban-xətti-ruyin həsrəti tar eldi miratı.
Bəla peykanı dolmuş canə yuz qat, ey gozum nuru,
Xədəngin saxla ondan kim, dəmirdəndir onun qatı.
Hava səqfində quşlar kamiyab olmaq xədəngindən,
Həsəddən sıcrayıb əflaka cıxdı ahımın atı.
Səgi-kuyina nəzr etmiş cigər pərgaləsin konlum,
Səadətdir ona məqbuli-dərgah olsa xeyratı.
Xədəngi-ceşmi-məstin sineyi-məcruha mərhəmdir,
Təğaful qılma Abdullaha mərsul et bu sovqatı.