Musa bəy
Müəllif: Aşıq Alı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Həm atam, həm qardaşımsan,
Salamat qal, ay Musa bəy!
Sən də ürək sirdaşımsan,
Salamat qal, Mustafa bəy.

Xeyir gördüm əlinizdən,
Qüvvət tapdım dilinizdən,
Yola salm elinizdən,
Salamat qal, Mustafa bəy.

Aşıq Alı gəldi getdi,
Hər cürə mətləbə yetdi,
Qızıl lirə qiymət götdü,
Salamat qal, Mustafa bəy.