Muyların
Muyların Müəllif: Xəstə Hasan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.445; ISBN 978-9952-571-42-4 |
Mənim sonam cilvə verib özünə,
Darayıb, gərdənə tökər muyların.
Görən həsrət, görməyənnər qiyamət,
Bu qədər sitəmə yetər muyların.
Şan verib şanədən, cığalı başdan,
Yan verib yanınnan, tökülüb döşdən,
Müjgan kirpiklərin o qələm qaşdan,
Enər dal gərdənə yatar muyların.
Xəstənin sevdiyi növbahar fbsli,
Binadan gözəldi onnarın nəsli,
Necə yaxdı xan Kərəmi xan Əsli,
Məni də yandırar betər muyların.