Nüzhətül-Qülub

Nüzhətül-Qülub
Müəllif: Həmdullah Qəzvini


Həmdullah Qəzvini (1280-1349) tanınmış orta əsr coğrafyaçı-kosmoqarfdır. Onun Nüzhətül-qülüb (Ürəklərin əyləncəsi) əsəri fars dilində coğrafiya üzrə yazılmış kitablar içərisində ən dəyərlisi sayılır. Bu əsərin qiyməti bir də ondadır ki, İraqi-Əcəm və Azərbaycan haqqında vərilən məlumat başqa ölkələrə nisbətən çox dolğun və tutarlıdır. Bi iki ölkə iqtisadiyyatı üzrə 1220 və 1340-ci illərə aid gətirilən rəqəm göstəriciləri hər vilayəti, vilayət içərisində isə adbaad hər kəndi əhatə etdiyindən, moqol basqınlarının ağır nəticələrini bütün aydınlığı ilə üzə çıxır. Nüzhətül-qülubdakı Azərbaycana dair parçalar İ.P. Petruşevski və Z.M.Büyadovun çevirməsi üzrə 1983-cü il Bakı Çapı əsasında verilir: Йакум ал- Хамави Муджам ал-булдан, Хамаллах Казвини. Нузхат ал-кулуб. Б., 1983, с.37,39,42,47-51,52,54-58.

III bölüm. Azərbaycan ölkəsinin təsviri.

Azərbaycanın tərkibində 9 tümən və 27 şəhər vardı. Ölkənin çox yerində iqlim soyuq, az yerində mülayimdir. Onun sərhədləri Iraqi-Əcəm, Muğan, Gürcüstan, Ərmən və Kürdistan əyalətlərinədək çatır. Uzunluğu Bakıdan Xalxala kimi, eni isə Bərcərvandan Sipana kimi 55 fərsəx edir.

Keçmişdə Azərbaycanın paytaxtı Mağara şəhəri olmuşdur, indi isə Təbrizdir. Bu, bütün Azərbaycan şəhərləri içərisində ən gözəl və möhtəĢəm şəhərdir. Səlcuqlar və Atabəylər hakimiyyəti zamanında Azərbaycanın dövlət gəliri 20 milyon dinara yaxın olmuşdur...

Təbriz şəhərində çoxlu dağlar var. Səhənd dağlarından başlanan Mihranrud çayı buradan axır; varlı adamların çəkdiyi 900 kəhriz də buradan axır. Bunların hamısının suyu bağlara axır, ancaq yenə də su çatmır. Bu kəhrizlərin, habelə çaylardan götürülən suyun sahibi dövlətdir.

...Ölkənin gəlirlərinin ümumi məbləği, dövlət xəzinəsinə alınan gəlir də buraya qatılmaqla 1 milyon 150 min dinardır.

XOY.IV iqlimə aiddir. Uzunluq dərəcəsi 79-40, enlik dərəcəsi isə 37-40- dır. Böyüklüyünə görə bu orta şəhərdir və dairəvi uzunluğu 6 min 500 addımdır. İqlimi istiyə yaxındır. Buranın suyu Salmas dağlarında götürülür və axarı olan bütün sular Araz çayına tökülür. Burada çoxlu bağlar vardır, buradadakı kimi üzüm və iri, şirin və sulu cins peyğəmbəri armudu başqa yerlərdə yoxdur. Burada yaşayan adamların üzlərinin rəngi ağdır, kökcə xətai və görkəmcə gözəl adamlardır. Xoy türk diyarı1 kimi tanınmışdır...

URMU. Dördüncü iqlimə düşür. 79-45 uzunluq, 37-45 enlik dərəcəsində yerləşir. Bu böyük şəhərdir və dairəvi uzunluğu 100 min addımdır. Urmu (Çiçast) gölünün sahilindədir. Burada iqlim isti və çox yağmurludur. Su dağlardan axan və gölə tökülən çaylardan götürülür. Burada dağlar çoxdur, dağlarda keyfiyyətcə çox gözəl olan hülüki üzümü, peyğəmbri armudu və sarı ərik yetişir. Təbrizlilər görklü bir kimsəni cındır geyimdə gördükdə öz türk dilində məsəl çəkirlər: Hülüki üzüm, yırıq səbətdə durmaz...

MARAĞA. Dördüncə iqlimə düşür. 82-70 uzunluq, 37-20 enlik dərəcəsində yerləşir. Bu böyük şəhərdir və qabaqlar Azərbaycanın şəhəri olmuşdur. İqlimi mülayimdir, ancaq quzey səmti Səhənd dağı ilə tutulduğundan nəmişlikdir. Burada bağlar çoxdur. Su səfi çaylardan götürülür, çay Səhənd dağlarından başlanır və Urmu gölünə axıb töklür. Çöllərdə, taxıl, pambıq məhsulları, üzüm və ya başqa meyvələr yetişir. Yerlərin çoxunda qiymətlər çox bahadır. Burada yaşayan xalqın üzünün rəngi ağdır, türkdillidir və çoxu hənəfi təriqətindəndir. Onlar həm də ərəb dili ilə qarış mış pəhləvi ləhcəsindən bağlıdırlar.

IV bölüm. Aran və Muğan əyalətlərinin təsviri.

Bu əyalətlərin iqlimi isti və rütubətlidir. Onlar Ərmən, Şirvan, Azərbaycan və Xəzər dənizi ilə həmsərhəddirlər. Atabəylərin hakimiyyəti dövründə bu əyalətlərdən yığılan vergi siyahı üzrə 3 milyon dinardan çoxdur. İndi vergi siyahıları üzrə 303 min dinar yığılır.