Nə çəkirəm
Müəllif: Molla Nəsrəddin


Molla eşşəyini satmaq üçün bazara gətirir. Alıcılar yaşını öyrənmək üçün onun dişlərinə baxmaq istəyirlər. Eşşək adamları dişləyir, ona tərəf əl uzadana təpik atır. İşi belə görən dəllal deyir:

- Molla, bu eşşəyi satmaq olmaz. Heç kimi yaxına buraxmır.

Molla deyir:

- Mən bunu satmaq üçün gətirməmişəm ki. Gətirmişəm ki, adamlar mənim nə çəkdiyimi görsünlər.