Nə böyük dərddir, aşiqin dərdi

Aram-aram, züm-zümə edər xoş ölümü aşiq (1995)
Müəllif: RAUF CAVAD

Bir busə ver, ey ləbi bal Şirin,
Dadam sevgini, könlüm əsirin.

Əvarə düşüb Xəyalım, Sənsiz,
Axtarır yarı, könlü şairin.

Gəl bu dərdə çarə et, ol məlhəm,
Sənsən dəva-dərman, bu şeirin.

Hər bir söz olub şairə min dərd,
Çəkir ürək qəm, dərd olub irin.

İstədim qəlbdən, yox olum dərddə,
Axtarım tapım, aşiqin sirrin.

Nə böyük dərddir, aşiqin dərdi,
Məşuq salıb dərdə, qəm yesirin.

İndi də busə, nəfsə xam gəlir!
Öpür ləbi, anlamır əmirin.

Dərd edir Fərhad, sevir Şirini,
Rauf yoğurur ölüm xəmirin!