Nə bilər (Aşıq Hüseyn Şəmkirli)

Nə bilər
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Nəs gündə yaranan nəs günə düşər,
Nəs gedər dünyadan nəs aqi bilər.
Ömür başa yetsə vaxtın ötürməz,
Nə xəstə sağalar, nə saqi bilər.

Bağ pozulsa, bağban nara hey yanar,
Ağlar, fəğan çəkər, nara hey yanar,
Günahkar kimsənə nara hey yanar,
Nə kövsəri görər, nə saqi bilər.

Hüseyn, əhvalını yara deginən,
Təbib yoxdur yara-yara deginən,
Gəlməsə sağalmaz yara deginən,
Özü eylədiyi nasağı bilər.