Nə dəmi
Nə dəmi Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Ləblərindən əmər olsam peyvəstə,
Abi-həyat aramağın nə dəmi.
Sən könlümü oxşar olsan ahəstə,
Huri-mələk soramağın nə dəmi.
Yetişər olarsam sərvirəvanə,
Elə billəm çıxdım güllü-gülşanə.
Pərişan zülfün, yaraşıqsa hüsnünə,
Bir də çəkib daramağın, nə dəmi.
Məmmədhüseynlə gəl ol pərim, rubaru,
Mən də çatım kama, a gözüm nuru.
Ötüb var ömrünün incisi, dürü,
Qalıb evdə qarımağın nə dəmi.