Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İndi
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 107

İki şəş fasildə tifli-pistanam,
Altıda yox atam, nə də anam indi.
On ikidə yetişmiş bağü bostanam,
On üçdə yox barım, nə danam indi.

Şəm idim əzəldən, yara işıqıydım,
Leyli, Məcnun kimi yar aşığıydım.
Məclislər zinəti, yaraşığıydım,
Söz keçmir isbata, nə danam indi.

İman eşqin nə az verib, az alar,
Can dərdə gələndə titrər əzalar.
Dost yad olsa, məhəbbətlər azalar,
Qalmaz sel yerində nə də nəm indi.