Nə dedi (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Nə dedi
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22.

Başına döndüyüm yarın nökəri,
Dərdimi canana dedin, nə dedi?
Sən də mənim kimi şirin dil ilə,
Çəkdin bir pünhanə dedin, nə dedi?

Hatəm bağçasında oynar gülünən,
Gəlmədim yanında qalam ilinən,
Dediyim söhbəti, sözü sirinən,
Yalvardın, sən ona dedin, nə dedi?

Mən sevmişəm ağ üzündə xalını,
Yoxsa məndən gizlər mah camalını,
Divanə Valehin ərzi-halını,
Yusifi Kən`ana dedin, nə dedi?