Nə dedi (Yəhya bəy Dilqəm - Qasid)

Nə dedi
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Dilqəm
Qasidi-bizəval, ərzi-halımı,
Cəlallı canana dedin, nə dedi?
Mahi-cəbin telli, zülfü-müsəlsəl,
Qaşları kamana dedin, nə dedi?

Qasid
Ərzini söylədim mələkmənzərə,
Danışmasın böylə əfsanə dedi.
Olmaz məndən ona yari-vəfadar,
Dolansa yüz çərxi-zamana dedi.

Dilqəm
Əzəldən aşığam mən o dilbərə,
Qəddi sənubərə, sədri mərmərə,
Sinəsi billura, ətri ənbərə,
Ləli bədəxşana dedin, nə dedi?

Qasid
Məni gətirməsin heç vaxt dilinə,
Qövsi-qüzeh mən sonanın telinə,
Onun kimi naşı sərraf əlinə,
Düşməz mənim kimi dürdanə dedi.

Dilqəm
Yar yad oldu məndən biganələr tək,
Düşmüşəm çöllərə divanələr tək,
Dolannam şamına pərvanələr tək,
Yanaram mərdana, dedin, nə dedi?

Qasid
Belə cavab verdi o mələkzada,
Əfsanə ömrünü verməsin bada,
Əbəs yandırmasın balların oda,
Nə olar şam dada pərvanə dedi.

Dilqəm
Mənə həyat verir dostun vüsalı,
Üzündə yandırır həbəşi xalı,
İskəndər məsnədli, Hatəm səxalı,
Adil Nuşrəvana dedin, nə dedi?

Qasid
Buyurdu sərdara, neçə sərhəngə,
Əmir-üməraya, pişvazi-cəngə,
Qul adma satm Hində, Firəngə,
Ya atm dəryayi-ümmana dedi.

Dilqəm
Zülfü mürcümlənib, yenib buxağa,
Hüsnü zinət verir qəsrə, otağa,
Calallı canana, o şəbçirağa,
Dilqəmi-xaqana dedin, nə dedi?

Qasid
Buyurdu mahala, neçə diyara,
Qohum-qardaşmı çəkdirin dara,
Özü qolubağlı, cismi sədpara,
Dilğəmi gətirin zindana dedi.