Bülbül olsam varsam gəlsem,
Haqqın divamna dursam,
Mən bir yanıl alma olsam,
Dalında bitsəm nə dersen?
Sən bir yanıl alma olsan,
Dalımda bitməyə gelsen,
Mən bir gümüş çövmən olsam,
Çəksəm endirsəm nə dersən?
Sən bir gümüş çövmən olsan,
Çəkib endirməyə gəlsen,
Mən bir ovuc darı olsam,
Yerə sanlsam no dersən?
Sən bir ovuc dan olsan,
Yerə saçılmağa gəlsən,
Mən bir gözəl kəklik olsam,
Bir-bir toplasam nə dersən?
Sən bir gözəl kəklik olsan,
Bir-bir toplamağa gəlsən,
Mən bir yavru şahin olsam,
Qapsam qaldırsam nə dersen?
Sən bir yavru şahin olsan,
Qapıb qaldırmağa gəlsən,
Men bir sulu səpgən olsam,
Qanadın qırsam nə dersən?
Sən bir sulu səpgen olsan,
Qanadım qırmağa gəlsen,
Mən bir dəli poyraz olsam,
Təpsəm dağıtsam nə dersen?
Sən bir deli poyraz olsan,
Təpib dağıtmağa gəlsən,
Mən bir ulu xəste olsam,
Yoluna yatsam ne dersən?
Sən bir ulu xəstə olsan,
Yoluma yatmağa gəlsen,
Mən bir Əzrayıl olsam,
Canını alsam nə dersən?
Sən bir Əzrayıl olsan,
Canımı almağa gəlsen,
Mən bir cənnətlik qul olsam,
Cənnətə girsəm nə dersən?
Sən bir cənnətlik qul olsan,
Cənnətə ginnəyə gəlsen,
Pir Sultan ustadm bilsən,
Beləcə girsək nə dersən?