Nə deyib verməyəcək?

Nə deyib verməyəcək? (10.03.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Haqhalal torpağı düşmən nə deyib verməyəcək?

Yağsa od başına göydən nə deyib verməyəcək?


Nə bəhanə gətirib tapdayacaq torpağımı –

Mahnası düşsə kəsərdən, nə deyib verməyəcək?


Göy çəmənlərdə axıb çay kimi göllənsə qanı,

Sızsa daşqın dərələrdən, nə deyib verməyəcək?


Başına vursa KOMANDAN o DƏMİR YUMRUĞUNU,

Dizləri düşsə təpərdən, nə deyib verməyəcək?


Qarğanın üstünə qartal şığıyıb didsə tükün,

Ütünüb aşsa çəpərdən, nə deyib verməyəcək?


Elə say ki, otuz illik səfərə çıxdı elim,

Yurduna döndü səfərdən – nə deyib verməyəcək?


Ana Yurd Yavru Vətən birləşəcək! Qanlı yağı

İt kimi hürsə də hərdən, nə deyib verməyəcək?