Nə dindirib nə danışdırdın
Nə dindirib nə danışdırdın! (1997) Müəllif: RAUF CAVAD |
Nə dindirib nə danışdırdın!
Qəlbi yandırıb alışdırdın!
Nədən bu sevda düşdü qəlbə,
Əqli başdan alıb çaşdırdın.
Eylədin dəli könlü xəstə,
Xəyalda fikri qarışdırdın.
Atdın odlara Aşiqini,
Yanmağını asanlaşdırdın.
Satdın hər dəfə naz-qəmzəni,
Keyfi-nazınla barışdırdın.
Sənki əfsunkar sehirbazsan,
Dili lal edib dolaşdırdın.
Bağladın ovsunla dil-ağzı,
Qəlbi sevginlə lallaşdırdın!
Gizli eşqin Raufdur sirri,
Nurunla gözlər qamaşdırdın! ...Müəllif:Rauf Cavad