Nə dinib, nə gülüb, nə ağlarsan

Nə dinib, nə gülüb, nə ağlarsan! (1997)
Müəllif: RAUF CAVAD

Mənlə nə dinib, nə danışarsan!
Səssiz-sədasız, gizli baxarsan!

Gülmədi bu dünyada gül-üzüm,
Gün görmədi, nə üzüm, nə gözüm!
Tənha qaldım tək özümlə-özüm,
Dil-ağızda qaldı sevgi-sözüm!
Nə dinib, nə gülüb, nə ağlarsan!

Şikayətim var, bir az dünyadan,
Küsmüşəm vəfasız insanlardan!
Deyirlər ki, dünya cənnət -məkan,
Döndərib cəhənnəmə, pis insan!
Dərdimi desəm, sən nə yazarsan?!

Kimdə yoxdursa sevgi-məhəbbət!
Yox dünyada, o kəsdə Ədalət!
İtib O, gözlərdən din-mərifət,
Nə Zaman gün doğacaq Həqiqət!?
Görsən əgər, halıma yanarsan!

Nə olar bir söz söylə, gül-danış,
Yar, küsmüsənsə əgər, gəl barış!
Yandır eşqində, sən mənlə alış,
Əvvəl-Axır ölümdür qayıdış!
Rauf, ümidim var çağırarsan!