Nə gördün
Nə gördün Müəllif: Pərvin Etisami |
Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?
Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?
Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.
Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?
Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu,
Ey quş, burada mərəkədən qeyri nə gördün?