Nə küfrüm var, nə, imanəm
Nə küfrüm var, nə, imanəm Müəllif: Şahnigar xanım Rəncur |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Nə küfrüm var, nə. imanəm,
Nə dinim var, nə ədyanəm,
Fəəmma şahi-qüfrane
Ümidəm, bimanəm mən.
Nə dindarəm, nə islaməm,
Nə meynuşəm, nə pürcaməm,
Nə Bəsrə əhli, nə Şaməm,
Nə öz hindü İranem mən.
Nə şie, sünnüyəm pürlaf,
Çihar yarə könlüm saf,
Nə əhli-zülmi-biinsaf,
Ne merziye inanem mən.
Müavi həqqinə ləni,
Edərəm müttesil, yeni,
Bulardır küfri-biməni,
Bu ehli ile yamanəm men.
Nə hüsn əhli, kəmalım var,
Ne bir sahibcamalım var,
Ne mülküm var, nə malım var,
Deyirlər bir şebanem mən.
Ne gövtanm həqiqetdir,
Ne rahım bir təriqətdir,
Damşsam, nə bəliğətdir,
Ne bir ehli-iqanem mən.
No dünya, əhli-üqbayem,
Nə sevda, ehli-rüsvayəm,
Nə rahətdə fərehzayem,
Ne heqdən bigümanem mən.
Nə bəxtim var, ne də biqəm,
Nə eladır, nə bəxtim kəm,
Nə şad oldum, nə çeşmim nəm,
Ne rüsvayi-cahanem mən.
Nedir talib, nədir mətlub,
Nedir rağib, nədir mərğub,
Nedir cazib, nədir məczub,
Nezənn olsa, çinanəm men.’