Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı
Müəllif: Xurşudbanu Natəvan
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!

Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,
Nə eşqin icrə konul boylə şadu xurrəm olaydı!

Nə sərv qəddin olaydı, nə bəsrətinlə gozum kur,
Nə rüzgari-fəraqində qamətim xəm olaydı!

Nə bəhr olaydı, nə umman, nə boylə goz yaşı cari,
Nə gül üzündə, ilahi, bu nov-şəbnəm olaydı!

Nə gül olaydı, nə gülzari-gulşənin dəxi seyri,
Nə xari-mohnəti-bülbül səninlə möhkəm olaydı!

Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!

Nə cah olaydı, nə zindan, nə karvan guzəri,
Nə Yusifi bu bəlada gorən bir adəm olaydı!

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhguzərdə Züleyxa qəmlə həmdəm olaydı!

Nə ah olaydı, nə əfsus, nə parə-parə konul,
Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı