Nə qala sən, sən
Nə qala sən, sən Müəllif: Növrəs İman |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Gəldi sərin cəngə, titrər əzalar,
Nə dərdə qalarsan, nə qala sən, sən.
Sinən eşqin ataşından az alar,
Nə dincəl, ətəklə, nə qala sən, sən.
Dərs alanlar zikr eləyər hər aya,
Gedəcəkdi, gedəcəksən haraya.
Çağırar ağasın, yetər haraya,
Nə qala ləşgərin, nə qalasan sən.
İman, səni gəndi çəkər ay ala,
Alar canın, həsrət qalar əyala.
Nə səngsən, nə səngərsən, a yala,
Nə hasar deyilsən, nə qalasan sən.