Nə qara səni
Nə qara səni Müəllif: Aşıq Əsəd |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
Dedim, könül, durma dağ zirvəsində,
Bir gün düçar edər nə qara səni.
Dilin çatmaz nə bir elə, obaya,
Bürüyər nə ağ gün, nə qara səni.
Yetişməz dostların heç vaxt haraya,
Deyən olmaz, görüm getdi haraya?
Gözün dikmə hər həftəyə, hər aya,
Nə Əli axtarar, nə Qara səni.
Təbib gərək, sinəsini o yara,
Açıb ürəyini, eylər o yara.
Uzaqdadı, əli çatmaz o yara,
Əsəd heyran etdi nə qara səni?