Nə sən məni unut, nə də mən səni

Nə sən məni unut, nə də mən səni
Müəllif: Qul Hüseyn
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ey şahin baxışlım, bülbül avazlım,
Bir əli qədehlim, bir əli sazlım,
İşdə mən gedirəm, qal, ahu gözlüm,
Nə sən məni unut, ne də mən seni.
Yolda herami çox, əngel arada
Unutma sevdiyim dəmde, sırada.
Gəlib gedər, amma gönül burada
Nə sən məni unut, nə də mən seni.
Ta əzəli əzəl seven sevəndə,
Bu iki cahanda köni - mekanda,
Nizam başlannda ulu divanda,
Nə sən məni unut, ne de mən səni.
Hüseyinəm, aydır: gül bənzim soluq
Sərimizdə yazılmışdır aynlıq.
Vallahi sevdiyim könülde birlik
Ne sən məni unut, nə də mən seni.